Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Daş Salahlı kənd 1№ kitabxana filialı 26 fevral Xocalı Soyqırımına həsr olunmuş «Xocalı Soyqırımını unutma” adlı ədəbi kompozisiya keçirib.

22.02.2018

22 fevral 2018-ci il tarixdə 14:00-da Daş Salahlı kənd 1№ kitabxana filialı 2№ kitabxana filialı,  Sənətkarlıq evi və 1 və 2 № Sənətkarlıq klubu ilə birlikdə Şahin Cəbiyev adına tam orta məktəbdə  26 fevral Xocalı Soyqırımına həsr olunmuş «Xocalı Soyqırımını unutma” adlı ədəbi kompozisiya keçirib. Tədbirdə məktəbin müəllim və şagird kollektivindən ibarət olmaqla 110 nəfər iştirak edib.Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə məktəbin direktor müavini Rəna Hacıyeva açaraq iştirakçılara bildirib ki, insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən 26 il keçir. 1992-ci ilin o müdhiş fevral gecəsi Ermənistan Silahlı birləşmələri Sovet İttifaqı ordusundan qalmış 366-cı alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı aktı törətmişlər. Misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Dinc, silahsız xocalılara bir gecənin içində amansız divan tutulmuşdur. Soyqırımı nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak olmuşdur. Yüzlərlə insan yaralanmış, xəsarət almış, şikəst olmuş, əsir düşmüşdür. Kitabxana filialın müdiri Göyçək İbrahimova, 2№ kitabxana filialın müdir Hökümə Eyyubova,  Sənətkarlıq evinin bədii rəhbəri Mətanət Bayramova, 1 № -li Sənətkarlıq klubunun müdiir Əntiqə Əliyeva və 2№ Sənətkarlıq klubun mədəni təşkilatçısı Sultan Hacıməmmədova çıxışlarında qeyd ediblər ki, Vətən bu gün Xocalıda şəhid olanların ruhu qarşısında baş əyir. Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılmışdır. Bu isə ürəkləri daim Vətən eşqilə döyünən soydaşlarımzın öz yurddaşları olan Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsidir. Məktəblilər Xocalıya həsr olunmuş şeirlər söyləyib və səhnəcik göstəriblər.

 

70.3 KB

 

60.7 KB

 

76.9 KB