Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

N. Nərimanov qəsəbə kitabxana filialı 26 fevral Xocalı Soyqırımına həsr olunmuş “Xocalı – Qan yaddaşımız” adlı anım tədbiri keçirib.

23.02.2018

23 fevral 2018-ci il tarixdə saat 14:15-də N. Nərimanov qəsəbə kitabxana filialı 26 fevral Xocalı Soyqırımına həsr olunmuş “Xocalı – Qan yaddaşımız” adlı anım tədbiri keçirib. Tədbirdə şəhər 2 №-li Folklor evinin işçiləri, məktəblilər və fəal oxuculardan bir qrup olmaqla 19 nəfər iştirak edib. Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri kitabxana filialın müdiri Siddiqə Qələndərova açaraq iştirakçılara Xocalı Soyqırımı haqqında məlumat verərək qeyd etmişdir ki, Ümummilli Liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. Kitabxana filialın kitabxanaçısı Firuzə vəliyeva, Cahan Qasımova, Folklor evinin metodisti Nəzakət Piriyeva çıxışlarında qeyd ediblər ki, Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılmışdır. Bu isə ürəkləri daim Vətən eşqilə döyünən soydaşlarımzın öz yurddaşları olan Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsidir. Fəal oxucular Xocalıya həsr olunmuş şeirlər söyləyib. Sonda Xocalı – Qan yaddaşımız” adlı sərgiyə baxış olub.

 

73.8 KB

 

70.3 KB