Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tovuz rayon MKS-nin təşkilatçılığı ilə ”Narkomaniya əsrimizin bəlasıdır” mövzusunda videokonfrans keçirildi

24.06.2020

24 iyun 2020-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş "Narkomaniya əsrimizin bəlasıdır" mövzusunda videokonfrans keçirildi.

Konfransı giriş sözü ilə MKS-nin direktoru Güldərən İbrahimova açaraq, narkomaniyanın zərərli təsirləri barədə ətraflı məlumat verdi. Kitabxananın gənc fəal oxucusu Əvəz Əliyev çıxış edərək, billdirdi ki, narkomaniya ilə mübarizə ümumxalq işidir. Gəlin, hamımız bu şüara qoşulaq. Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya "yox" deyək.

Tədbirdə çıxış edən digər gənclər narkomaniyanın törədiyi fəsadlar barədə öz fikirlərini bildirdilər.

 

55.8 KB

 

39.2 KB

 

34.2 KB