Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tovuz rayon Heydər Əliyev Mərkəzi,Tarix-Diyarşünaslıq Muzeyi,Aşıq Sənəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə 26 İyun Silahlı Qüvvələr Günü ilə bağlı”Ordu ölkəmizin,dövlətimizin,müstəqilliyimizin dayağıdır” mövzusunda onlayn videokonfrans keçirildi

24.06.2020

24 iyun 2020-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Heydər Əliyev Mərkəzi,Tarix-Diyarşünaslıq Muzeyi,Aşıq Sənəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə 26 İyun Silahlı Qüvvələr Günü ilə bağlı"Ordu ölkəmizin,dövlətimizin,müstəqilliyimizin dayağıdır" mövzusunda onlayn videokonfrans keçirildi.
Konfransı giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru
Humay Aslanova açaraq bildirdi ki,1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhədlini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generalları var idi deyən natiq qeyd etdi ki, Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf edir günü-gündən təkmilləşir. Bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad edəcək, ölkəmizin ərazi bütövlüyünü hər zaman qoruyacaq. Tarixi varislik ənənəsinə uyğun olaraq Prezidentin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.


Daha sonra Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Günel Qasımova çıxış edərək bildirdi ki,Ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş tədbirlər nəticəsində qısa zaman kəsiyində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan ordusunun əlinə keçdi. Bu uğurların müvəqqəti olduğunu güman edən düşmən öz havadarlarının köməyindən və silah sursatından istifadə edərək 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başladı. Lakin Azərbaycan ordu hissələrinin Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki müqaviməti ilə rastlaşan və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən cəbhədə atəşkəsə razılıq verməli oldu. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı.
Videokonfrans öz işini məruzələr ətrafında edilən çıxışlarla sonlandırdı.

 

42 KB

 

23.1 KB

 

22 KB