Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tovuz rayon MKS-nin təşkilatçılığı ilə ”Ordumuz qürurumuzdur” mövzusunda videokonfrans keçirildi

25.06.2020

Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon MKS-nin təşkilatçılığı ilə 25 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr edilmiş "Ordumuz qürurumuzdur" mövzusunda videokonfrans keçirildi. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Güldərən İbrahimova açaraq, bildirdi ki, Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması və ordumuzun nizami ordu kimi formalaşması Ümummilli Lider Heydər Əliyevin bu sahədə apardığı siyasətin uğurlu davam etdirilməsinin nəticəsidir və ən müasir texnika və avadanlıqla təhciz edilən Silahlı Qüvvələrimiz güclü ordular sırasında layiqli yerini tutub. Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuzun maddi- texniki təminatı daha da gücləndirilib.
Tədbirdə Metodika və biblioqrafiya şöbəsinin müdiri Sədaqət Hümmətova məruzə ilə çıxış etdi. Məruzə ətrafında Abonement bölməsinin müdiri Aynurə Yəhyayeva, Qədirli kənd kitabxana filialının müdiri Rahilə Rəhimova, 2 saylı Əyyublu kənd kitabxanasının kitabxanaçısı Aygün Abbasova və digər çıxış edənlər bildirdilər ki, keçirilən təlimlər göstərir ki, Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən Silahlı Qüvvələrdə bütün istiqamətlərdə aparılan islahatlar Azərbaycan əsgərinin açdığı atəş hədəfdən yan keçmir. Ordumuz qarşıya qoyulan məqsədə inamla irəliləyir. Bu uğurlu addımlar bizi Qarabağa aparır.

 

55.5 KB

 

38.2 KB

 

51.9 KB