Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Narkomaniyaya Yox deyək!” adlı sərgi təşkil edib, “Sağlam həyat tərzi- sağlam nəsil” mövzusunda onlayn konfrans keçirib

26.06.2020

25 iyun 2020- ci il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi kitabxananın oxu zalında Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə gününə həsr olunmuş “Narkomaniyaya Yox deyək!” adlı sərgi təşkil edib, “Sağlam həyat tərzi- sağlam nəsil” mövzusunda onlayn konfrans keçirib. Tədbirdə MKS-nin direktoru Solmaz Babanlı, həkim narkoloq Nahidə Osmanova, kitabxananın əməkdaşları, gənclər və yeniyetmələrdən bir qrup iştirak edib. MKS-nin direktoru Solmaz Babanlı tədbiri açaraq qeyd edib ki, müasir dövrdə bəşəriyyət üçün bəlaya çevrilən narkomaniya irqindən, dinindən, yaşından asılı olmayaraq xalqların, millətlərin bəlasıdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin mütəmadi olaraq imzaladığı narkomaniyanın yayılması ilə mübarizə üzrə Fərman və Sərəncamları bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirilir. Fəaliyyət göstərdiyimiz MKS-də narkomaniyanın cəmiyyətdə ziyanına dair vaxtaşırı silsilə tədbirlər keçirilir. Kitabxananın əməkdaşları İradə Hacıyeva, Elnarə Məmmədova, Aygün Muradova tədbir iştirakçılarına narkomaniyanın yaranmasının əsrlərə bağlanmasından, qədim dövrlərdə xaşxaş bitkisindən ağrı və əzablardan xilas olmaq məqsədilə istifadə olunmasından, beləliklə insanların bu bəlaya tutulmasından danışıblar. Həkim narkoloq Nahidə Osmanova çıxışında deyib: rayon üzrə qeydiyyatda 158 nəfər narkoloji xəstə vardır. Hansı ki, həmin xəstələr narkotik vasitələrlə cinayət törətdikləri üçün hüquq-mühafizə orqanları tərəfindən ekspertiza zamanı aşkar edilmişlər. Lakin qeydiyyatdan yayınan çoxlu sayda narkotika və psixotrop maddələrin aludəçiləri qazanc əldə etmək üçün ətrafına imkanlı ailələrin övladlarını cəlb edirlər. Bu xəstəliyə tutulanların iradəsi zəif olduğuna görə onların müalicəsi və dəhşətli xəstəlikdən qurtulması mümkün olmur. Möhkəm iradəsi olan çox az sayda xəstə isə bu bəladan qurtula bilir.

 

42.5 KB

 

55.2 KB

 

40.7 KB