Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar “Xocalı soyqırımı XX əsrin faciəsidir” adlı dəyirmi masa, ədəbi kompozisiya keçirilib.

26.02.2018

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Qazax rayon Mədəniyyət Mərkəzində 26 fevral 2018-ci il tarixdə saat 15:00-da Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar “Xocalı soyqırımı XX əsrin faciəsidir” adlı dəyirmi masa, ədəbi kompozisiya keçirilib. Tədbiri giriş sözü ilə açan rayon Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Nailə Əliyeva  Xocalı faciəsinin ermənilərin xalqımıza qarşı tarixən həyata keçirdiyi məkrli siyasətinin davamı olduğunu bildirdi. Xocalı soyqırımı XX əsrdə Azərbaycan xalqına qarşı həyata keçirilmiş ən dəhşətli soyqırımlardan biridir. Ermənilər zaman–zaman xalqımıza qarşı soyqırımı və işğalçılıq siyasəti həyata keçiriblər. Xocalı faciəsinə hüquqi-siyasi qiymət məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verildi. Bununla da faciənin ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı olduğu bütün dünyaya bəyan edildi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mədəniyyət Mərkəzinin  direktoru Zahidə Həsənova geniş məruzə ilə çıxış etdi.                                                                                                         

Digər çıxış edənlər də xalqımıza qarşı törədilən soyqırımı və deportasiyalar barədə həqiqətlərin bütün dünyaya, gələcək nəsillərə çatdırılmağın vacibliyini vurğuladılar.   

Çıxışlardan sonra məktəblilərin ifasında Xocalı faciəsinə həsr olunmuş ədəbi kompozisiya təqdim olundu. 

 

353.2 KB

 

443.2 KB

 

370.4 KB