Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tovuz rayon Mərkəzi Kitabxanası ”Ana dilim-Doğma dilim” mövzusunda onlayn tədbir keçirdi

30.07.2020

Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Mərkəzi Kitabxanası 30 iyul 2020-ci il tarixdə 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili gününə həsr edilmiş "Ana dilim-Doğma dilim" mövzusunda onlayn tədbir keçirdi.

MKS-nin direktoru Güldərən İbrahimova tədbiri giriş sözü ilə açaraq Azərbaycan Əlifbası və Azərbaycan dili haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, milli varlığımızın əsas atributlarından olan Ana dilimiz milli sərvətimizdir. Millətin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu əlamətdar gün Ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanına əsasən təsis edilib. Həmin Fərmana əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu ənənəni ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" və "Azərbaycan Milli Ensiklopediyasının hazırlanması haqqında" Sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Tədbirdə Ana dilimizə aid şeirlər səsləndirildi və kitab sərgisi nümayiş etdirildi.

 

70.3 KB

 

53.5 KB

 

54 KB