Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

AĞSTAFA REGİONAL MƏDƏNİYYƏT İDARƏSİNİN RƏİSİ VÜQAR QƏDİROVUN QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ MƏDƏNİYYƏT İŞÇİLƏRİNƏ BAYRAM TƏBRİKİ

31.07.2020

Hörmətli   Ağstafa Regional Mədəniyyət İdarəsini əhatə edən mədəniyyət müəssisələrinin əməkdaşları, əziz həmkarlar !

Sizləri dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, xalqımıza, dövlətimizə, bütün Türk və İslam aləminə əmin-amanlıq, bolluq və rifah gətirməsini, etdiyimiz duaların və kəsdiyiniz qurbanların Uca Rəbbimizin dərgahında qəbul olunmasını arzu edirəm.

Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlər sistemində Qurban bayramının xüsusi yeri vardır. Xalqımız öz tarixinin ən çətin dövrlərində belə bu bayramı əziz günlərdən biri kimi qeyd etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra bu əziz günün rəsmi şəkildə bayram edilməsi xalqımızın öz milli və dini adət-ənənələrinə sədaqət və ehtiramının parlaq ifadəsidir. Müsəlmanların müqəddəs bayramlarının ən böyük üstünlüyü insanların bir-birinə münasibətdə məhrəmətə, qayğıya, əliaçıqlığa, malik olduqlarını bölüşməyə, halallığa çağırılmasıdır.

Ağstafa Regional Mədəniyyət İdarəsinin bütün kollektivini, onların simasında bütün Azərbaycan xalqını, müsəlman dünyasını bu gözəl bayram münasibətilə təbrik edirəm. İnşallah biz tezliklə möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad edəcəyik və  Azərbaycanın musiqi beşiyi olan Şuşada və digər torpaqlarımızda Qurban bayramını daha möhtəşəm şəkildə qeyd edəcək, qurbanlarımızı kəsəcəyik. Bu gün uzaqda deyil, biz buna əminik!

                                                                                                       

                                                                        Hörmətlə    Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov

 

 

57.8 KB