Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

22 fevral 2018-ci il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzinin Yuxarı Salahlı kənd folklor evində “Xocalı faciəsinin ağır dərdlərini unutmuruq” adlı anım tədbiri keçrildi.

22.02.2018

22 fevral 2018 –ci il tarixdə saat 15-00–da Yuxarı Salahlı kənd folklor evində 1 və 2 saylı kitabxana filialları ilə 35 nəfərin iştirakı ilə Xocalı Soyqırımının 26- cı ildönümünə həsr olunmuş “Xocalı faciəsinin ağır dərdlərini unutmuruq” adlı anım tədbiri keçrildi.      Tədbirdə kənd icra nümayəndəsinin müavini Çingiz Zeynalov, mühasib   Anar Bayramov, Z.Mahmudov adına kənd orta məktəbin şagirdləri, fəal oxuculardan bir qrup iştirak etdi. Xocalı Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 1 saylı kitabxana filialının müdiri Tamam Cəfərova “Xocalı faciəsinin ağır dərdlərini unutmuruq” adlı məruzəsində qeyd etdi ki, Azərbaycan xalqı torpaqlarımızın müdafiəsi uğrunda gedən müharibələrdə çox şəhid və qurbanlar vermişdi. Ancaq Xocalı faciəsi qan yaddaşımıza xüsusi yazıldı. Ulu öndərimiz Heydər Əliyev Xocalı Soyqırımı haqqında belə söyləmişdir: “Bu bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, vətəninə sədaqətin nümunəsidir, ikinci tərəfdən də ermənistanın vəhşi qüvvələri tərəfindən xocalılara qarşı edilən soyqırımdır”. Xocalı müsibətinin, günahsız qurbanlarının acı taleyi heç vaxt unudulmayacaq, onların xatirəsi qəlblərdə əbədi yaşayacaqdır.                                            Məruzə ətrafında Çingiz Zeynalov, 2 saylı kitabxana filialının müdiri Məktubə Qocayeva, Folkulor evinin müdiri Asya Orucova, mədəni təşkilatçı Nuranə Hacıeyubova tədbir iştirakçılarına məlumat verərək bildirdilər ki, tarix heç nəyi unutmur. Xocalı qırğını qan yaddaşımız, ürək -ağrımızdır. Bu  dəhşəti heç bir azərbaycanlı unutmayacaq, unuda bilməz. Fəal oxuculardan Vəliyeva Ayşən, Məmmədrzayeva Günel,  Məmmədrzayev Aslan, Süleymanova Günel, Məmmədrzayeva Ayşən Bəxtiyar Vəhabzadənin “Şəhidlər” Ülkər Cəfərova, Vüsal Hüseynov həvəskar şair İsa Mansırov “Ağlayır” , Eyubova Nurcan, Dərziyeva Nəzrin, Süleymanov Mehriban Zəlimxan Yaqubun “Layla Xocalım Layla” şeirlərindən parçalar söylədilər. Rüstəmova Xəyalə, Rüstəmova Rəqsanə, Adıgözəlova Həqiqət, Namazova Validə Xocalı faciəsinə həsr etdikləri səhnəciyi tədbir iştirakçılarına təqdim etdilər.

Sonda “Xocalı Soyqırım günü” adlı sərgiyə baxış keçirdilər.

            

 

142.4 KB

 

202.8 KB

 

129.2 KB