Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

AĞSTAFA REGİONAL MƏDƏNİYYƏT İDARƏSİ BAKININ İŞĞALÇI ERMƏNİ-BOLŞEVİK BİRLƏŞMƏLƏRİNDƏN AZAD OLUNMASININ 102-Cİ İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ VİDEOKONFRANS KEÇİRDİ

15.09.2020

Ağstafa Regional Mədəniyyət İdarəsi Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 102-ci ildönümünə həsr edilmiş geniş tərkibdə videokonfrans keçirdi. Tədbirdə idarənin əhatə etdiyi rayonlar üzrə nümayəndələr, müəssisə rəhbərləri və mədəniyyət işçiləri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Vüqar Qədirov çıxışında 15 sentyabr tarixinin Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətlərində xüsusi əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə ordu birləşmələri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanmasına etiraz əlaməti olaraq bu ölkə ilə sərhədlərini bağlamış Türkiyə hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də xüsusi fəallıq göstərir, bu məsələdə ölkəmizin ədalətli mövqeyinə tam dəstək verir. Bu ilin iyul ayında mənfur qonşularımızın Tovuz rayonu istiqamətində təxribata əl atmasının ardından qardaş Türkiyənin olkəmizə dəstəyinin bariz nümunəsi olaraq öz ordusunu Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə birgə hərbi təlimlərə cəlb etməsi, bütün dünyaya birlik mesajı verməsi onu deməyə əsas verir ki, işğal edilmiş torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi gün heç də uzaqda deyil.

Tədbirdə çıxış edənlər Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 102-ci ildönümü münasibətilə xalqımızı təbrik edərək qeyd etdilər ki, Türkiyə - Azərbaycan qardaşlığı sarsılmazdır və iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib.

Virtual zəmində təşkil olunan tədbir müzakirələrlə davam etdirildi.

 

73.3 KB

 

108.5 KB

 

105.8 KB