Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

AĞSTAFA REGİONAL MƏDƏNİYYƏT İDARƏSİ 15 SENTYABR BİLİK GÜNÜNƏ HƏSR EDİLMİŞ VİDEOKONFRANS KEÇİRDİ

15.09.2020

Ağstafa Regional Mədəniyyət İdarəsi 15 sentyabr – Bilik gününə həsr edilmiş videokonfrans keçirdi. Tədbirdə idarənin əhatə etdiyi rayonlar üzrə nümayəndələr, müəssisə rəhbərləri və mədəniyyət işçiləri iştirak etdilər.

15 sentyabr – Bilik günü münasibətilə idarənin tabeçiliyində fəaliyyət göstərən uşaq musiqi məktəblərinin pedoqoji kollektivlərini təbrik etməklə sözə başlayan idarə rəisi Vüqar Qədirov bütün müəllim və şagirdlərə, tələbələrə növbəti tədris ilində uğurlar arzuladı. Natiq çıxışında həmçinin, Möhtərəm Prezident cənab İlham Əliyevin Bilik günü ilə bağlı təhsil işçilərinə təbrikini xatırladaraq  ölkəmizdə təhsilin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd etdi.
Pandemiya dövründə öz fəallığı ilə seçilən müəllimlərin, istedadlı şagirlərin hər zaman önə çəkilməli olduğunu bildirən idarə rəisi, eyni zamanda bütün şagirdlərin, müəllimlərin, eləcə də valideynlərin məsuliyyətli olmasının vacibliyini, məktəblərin açılmasının, uşaqların məktəbə getməsinin sosial izolyasiya tədbirlərindən yayınmağa əsas vermədiyini xatırlatdı. Natiq karantin şərtlərinə əməl etməyin, ara məsafəsini qorumağın, dezinfeksiya məhlullarından və tibbi maskalardan istifadə etməyin vacibliyini vurğulayaraq, sağlam cəmiyyətimizi qurmaq, bərpa etmək üçün birinci növbədə karantin qaydalarına əməl etməyin zəruriliyindən danışdı. Qeyd olundu ki, bu müddət ərzində biz onun şahidi olduq ki, doğrudan da karantin müddətində insanların evdə olması nə qədər çətinliklər yaratsa da, eyni zamanda insanlarda özünəməsuliyyət hissini yaratdı. Pandemiya dövründə həyata keçirilən virtual dərslər, onlayn tədbirlər, müasir texnologiyanın tətbiqi onu göstərdi ki, gələcəkdə belə hallardan az itki ilə çıxmaq üçün müasir texnologiyaların mənimsənilməsinə, tətbiqinə böyük ehtiyac var.
Tədbirdə çıxış edən Ağstafa rayon Uşaq Musiqi Məktəbinin direktoru Arif Əliyev, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Qazax rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova və başqaları Bilik günü münasibətilə bütün müəllim və şagirdlərə xoş arzularını, təbriklərini ünvanladılar.

 

52.8 KB

 

77.6 KB

 

68 KB