Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tovuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, paytaxtdan və regionlardan olan gənclərin iştirakı ilə “Vətənpərvərlik mənəvi dəyərimizdir” mövzusunda videokonfrans keçrildi

15.09.2020

15 sentyabr 2020-ci il tarixdə Tovuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, paytaxtdan və regionlardan olan gənclərin iştirakı ilə Heydər Əliyev irsinin gənclərə aşılanması,gənclərdə hərbi vətənpərvərlik hisslərinin möhkəmləndirilməsi ilə bağlı “Vətənpərvərlik mənəvi dəyərimizdir" mövzusunda videokonfrans keçrildi.

Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova konfransda çıxışında bildirdi ki, milli mənəvi dəyərlərimizin yaşadılması çox vacib məsələdir. Bu dəyərlərə bağlılıq, milli irsimizə sahib çıxmaq və onları gələcək nəsillərə ötürmək missiyası bu gün ən çox bizlərin üzərinə düşən vəzifədir. Çox sevindirici haldır ki, ölkəmizdə milli-mənəvi dəyərlərimizin həqiqi təəssübkeşi Azərbaycan dövləti və Prezident İlham Əliyevdir. Dövlətimizin başçısı milli dəyərlərimizin qorunması, onların gələcək nəsillərə ötürülməsi üçün var qüvvəsi ilə çalışır. Bizim də məqsədimiz bu tədbirlərimizlə dövlətimizə qismən də olsa dəstək verməkdir.

Konfransda həmçinin gənclər öz çıxışlarında qeyd etdilər ki, milli vətənpərvərlik ruhunun yaşadılması mənəvi dəyərlərimizin mühafizə olunmasına ən böyük xidmətdir. Unutmamalıyıq ki, işğal altında olan torpaqlarımızın tezliklə azad olunmasında vətənpərvərlik ruhunun qorunması da ən başlıca prinsiplərdən biridir.

Sonda gənclərlə mövzu ətrafında müzakirələr aparılmışdır.

 

46.3 KB

 

34 KB

 

40.9 KB