Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon Mədəniyyət Mərkəzində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Qadın bir dünyadır” adlı bayram tədbiri keçirildi.

07.03.2018

07 mart 2018 - ci il tarixdə  Qazax rayon Mədəniyyət Mərkəzində  Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş  “Qadın bir dünyadır” adlı bayram tədbiri  keçirildi. Tədbirdə bütün mədəniyyət müəssisələrində çalışan  bir qrup qadınlar iştirak etdi.      Tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov  tədbirin mahiyyəti haqqında çıxış etdi və mədəniyyətin müxtəlif sahələrində çalışan  bütün qadınları  8 mart  Beynəlxalq  Qadınlar Günü  münasibəti ilə təbrik etdi. Tədbirdə Ağstafa Regional Mədəniyyət və Turizm idarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev  öz çıxışında Mədəniyyət işçilərini təbrik etdi və bildirdi ki, kollektivmizin çox hissəsi qadınlardır, müstəqil Azərbaycanımızın qazandığı böyük uğurlarda qadınların misilsiz xidməti var.  Bütün sahələrdə işləyən qadınlar öz işlərinə məsuliyyətlə yanaşır. Azərbaycan qadını dünyada ölkəmizi ləyaqətlə təmsil edir. Qazax Dövlət Dram Teatrının direktoru Saqif İsgəndərov Ə.Kərimin “Qaytar ana borcunu” şeirini, Qaymaqlı kənd folklor evinin müdiri Kazım Kazımov özünün yazdığı “Ana” şeirini söylədilər.  MKS-nin direktoru Solmaz  Babanlı isə dövlətimizin qadınlara götərdiyi diqqət və qayğıdan danışdı. Tədbirdə iştirak edən  qadınlara hədiyyələr verildi.Sonra  tədbir Mədəniyyət  Mərkəzinin “Göyəzən” instrumental ansamblının ifasında  xoş  əhval-ruhiyyəli bayram konserti ilə başa çatdı. Tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirildi.

 

 

279.3 KB