Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa Regional Mədəniyyət İdarəsi “Azərbaycan işğal olunmuş torpaqlarını azad etməklə bu ərazilərdə Konstitusion hüququnu bərpa etdi” mövzusunda videokonfrans keçirdi

12.11.2020

Ağstafa Regional Mədəniyyət İdarəsi  “Azərbaycan işğal olunmuş torpaqlarını azad etməklə bu ərazilərdə Konstitusion hüququnu bərpa etdi" mövzusunda videokonfrans keçirdi.

İdarənin əhatə etdiyi Qazax, Ağstafa və Tovuz rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan idarə rəisi Vüqar Qədirov tədbir iştirakçılarını salamlayaraq Vətən Müharibəsində qazanılmış zəfər münasibətilə onları təbrik etdi, vətənin azadlığı uğrunda canından keçən Şəhidlərimizə Allahdan rəhmət dilədi. 27 sentyabrda düşmənin cəbhədə törətdiyi təxribata cavab olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun əks həmlə hücumu ilə başlayan Vətən müharibəsində Azərbaycan Əsgərinin qazandığı uğurlardan geniş danışan natiq bu qələbənin milli qürurumuzu özümüzə qaytardığını, Azərbaycan Ordusunun qüdrətini dünyaya bəyan etdiyini bildirdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qələbələrindən danışan idarə rəisi Qəhraman əsgərlərimizin Müqqədəs  Bayrağımızı işğaldan azad olunmuş torpaqlarımıza sancdığını və bu gün artıq Şanlı Azərbaycan Bayrağının Şuşada, Qarabağda dalğalandığını qeyd etdi. Bildirildi ki, İlham Əliyevin Azərbaycan tarixində rəşadətli bir qəhrəman kimi, bir sərkərdə kimi, dünyanın beynəlxalq təşkilatlarına, Azərbaycan ikili standard tətbiq edən dövlətlərə sinə gərərək həm diplomat, həm komandan kimi istər siyasi müstəvidə, istər müharibə meydanında göstərdiyi əzmkarlıq bütün dövlətlər tərəfindən qibtə ilə qarşılandı.

Tədbirdə çıxış edənlər- idarənin mətbuat katibi Xəyal Nağıyev, Ağstafa rayon Mədəniyyət Mərkəzinin Həsənsu kənd Folklor klubu filialının müdiri Rüfət Axundlu, Qazax rayon MKS-nin Daş Salahlı kənd 1 saylı kitabxana filialının əməkdaşı Hicranə Məmmədova və başqaları qeyd etdilər ki,Vətən Müharibəsi dövründə ölkəmizdə xalq-dövlət-ordu birliyi bu gün onu göstərdi ki, bu birliyin qarşısında, heç bir düşmən ordusu duruş gətirə bilməz. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

 

46.8 KB

 

69.7 KB

 

69.9 KB