Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon Heydər Əliyev Mərkəzində “Novruz sevincləri” adlı tədbir keçirilmişdir.

13.03.2018

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə, Qazax rayon Heydər Əliyev Mərkəzi və Qaratel Hacımahmudova adına ümumi orta məktəbin birgə təşkilatçılığı ilə 13.03.2018-ci il tarixdə saat 15.00-da Qazax rayon Heydər Əliyev Mərkəzində  Azərbaycan  xalqının qədim və milli bayramı olan Novruz bayramı münasibətilə həmin  məktəbin şagird və müəllimlərinin  iştirakı ilə  “Novruz sevincləri” adlı tədbir keçirilmişdir. İlk olaraq  bu bayramın  milli ideologiyamızın ana sütunu kimi əbədiləşdirilməsində, sevinc və birləşmə simvoluna çevrilməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edən geniş məruzə ilə tədbir başlanmış, daha sonra məktəblilərin  bayram əhval ruhiyyəli şerləri, mahnıları və səhnəcikləri ilə tədbir davam etdirilmişdir. Tədbir kiçik bayram süfrəsi ətrafında sona çatdırılmış, simvolik olaraq papaq atma mərasimi keçirilərək şagirdlərə bayram sovqatları verilmişdir.

 

99.6 KB

 

220.1 KB

 

204.9 KB