29.12.2020
29 dekabr 2020 -ci il tarixində Ağstafa rayon MKS-nin Həsənsu kənd 2 saylı kitabxana filialı, Köhnəqışlaq kənd kitabxana filialı vəTatlı kənd kitabxana filiallarının birgə təşkilatçılığı, gələcəyimiz olan uşaqların iştirakı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə və işğaldan azad olmuş Şuşamızın qələbə sevincinə həsr olunmuş onlayn tədbir keçirildi.
Tədbirdə öncə Ağstafa MKS-nin müdiri Solmaz Nağıyeva çıxış edərək Şuşanın gözəlliyindən, müzəffər ordumuzun qələbəsindən danışdı.Həmçinin, uşaqlardan Xələfova Nəzrin "Şuşa geri qayıtdı", Xələfov Əli "Azərbaycan bayrağı", Rəhimli Kənan, Rəhimli Rəvan "Şuşa zəfəri", Həsənova Aliyə "Vətən", Orucov Səid "Şuşa", Mustafayeva Nəzrin "Şuşa, ətrin duyulur", Orucova Rəfiqə "Can vətən", Bayramlı Nurdan "Vətən" şeiri səsləndirdilər.