12.01.2021
Qazax rayon MKS-nin Yuxarı Salahlı kənd 1 və 2 saylı kitabxana filialları kənd qəbirstanlığında İkinci Qarabağ müharibəsində şəhid olmuş Hacıyev Teymur Zaur oğlu, Abdullayev Taleh Temraz oğlu və Bayramlı Elmar İsə oğlunun məzarlarını ziyarət edib, gül-çiçək dəstələri düzüblər. Şəhidlərin ruhuna dualar oxunub.