13.01.2021
Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, MİHİ Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova Daş Salahlı kəndində Daş Salahlı kənd 2 nömrəli sənətkarlıq klubunun mədəni təşkilatçısı Sultan Hacıməmmədovanın övladları - Qubadlı, Laçın rayonunun işğaldan azad olunmasında igidlik göstərmiş İkinci Qarabağ müharibəsi qazisi Hacıməmmədov Səxavət Cəlil oğlunu və Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının işğaldan azad olunmasında igidlik göstərmiş İkinci Qarabağ müharibəsi qazisi Hacıməmmədov Surət Cəlil oğlunu və Ürkməzli kəndində Qazax şəhər 2 nömrəli diyarşünaslıq klubunun metodisti Xanım Nağıyevanın övladı Kəlbəcər, Hadrut, Laçın dəhlizi uğrunda gedən döyüşlərdə igidlik göstərmiş, İkinci Qarabağ müharibəsi qazisi Qasımov Oruc Əlövsət oğlunu ziyarət etmişlər.