Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

şəhər 1 saylı kitabxana filialı Novruz bayramı münasibətilə “Səməni, saxla məni” adlı bayram şənliyi keçirib.

12.03.2018

12 mart 2018-ci il tarixdə saat 14:30-da şəhər 1 saylı kitabxana filialı Novruz bayramı münasibətilə “Səməni, saxla məni” adlı bayram şənliyi keçirib. Tədbirdə Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbə heyyəti, şəhər 1 saylı Folklor evinin işçiləri və fəal oxuculardan ibarət olmaqla 48 nəfər iştirak edib. Tədbiri Dövlət Sosial-İqtisadi Kollecin təlim tərbiyə işlər üzrə müavini  Nicat  Əliyev açaraq iştirakçılara bildirib ki, Novruzun qeyd edilməsi  yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir. Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Novruz - bir bayram kimi baharın gəlməsi münasibəti ilə geniş miqyasda qeydolunur və sevincli bir hala - qışın qurtarmasına və baharın gəlişinə həsr olunur. Kitabxana filialın müdiri Fəridə Xudiyeva, Dövlət Sosial-İqtisadi Kollecin kitabxana müdiri  Sevda Qurbanova çıxışlarında qeyd ediblər ki,  Novruz bayramı insanları bir-birinə yaxınlaşdıran,  gözəl əhval-ruhiyyə bəxş edən bir el bayramıdır. Bu bayramin elimizə, xalqimiza əmin-amanliq, firavan həyat, xoşbəxt günlər gətirməsini arzü edirik! Novruzun milli atributu olan Kosa və Keçəlin şən zarafatları tədbir iştirakçıların zövqünü oxşayıb, kollecin tələbələri Novruz bayramına həsr olunmuş bayatılar söyləyib, rəqslər  və mahnılar ifa ediblər. 

 

111.9 KB

 

91.2 KB

 

80.5 KB