Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Dəmirçilər və Ürkməzli kənd kitabxana filialları Novruz bayramı münasibətilə “Yaz gəlir” adlı ədəbi-bədii kompozisiya keçirib.

14.03.2018

14 mart 2018-ci il tarixdə saat 12:15-də  Dəmirçilər və Ürkməzli kənd kitabxana filialları N saylı hərbi hissədə Novruz bayramı münasibətilə “Yaz gəlir” adlı ədəbi-bədii kompozisiya keçirib. Tədbirdə kənd Sənətkarlıq evinin işçiləri,  fəal oxucular, N saylı hərbi hissənin zabit və əsgər heyyətindən bir qrup olmaqla 57 nəfər iştirak edib.

 Tədbiri Sənətkarlıq evinin müdiri Tərlan Əhmədova açaraq tədbir iştirakçılarına bildirib ki, bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biri də məhz Novruz bayramıdır. Xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Ürkməzli kənd kitabxana filialın müdiri Nisə Qurbanova, Dəmirçilər kənd kitabxana  filialın işçisi Yelena Pənahova, Ürkməzli kənd Sənətkarlıq evinin müdiri Gülsənəm Cəlilova və  kitabxana filialın müdiri Nisə Qurbanova çıxışlarında qeyd ediblər ki, Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də azərbaycanlıların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəş istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır. Fəal oxucular Novruza həsr olunmuş şeirlər və bayatılar söyləyib. Tədbir iştirakçıları “Yallı” rəqsini ifa ediblər.

 

328.7 KB

 

257 KB

 

281.7 KB