Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

E. Hüseynov adına Mərkəzi kitabxananın Uşaq şöbəsi Novruz Bayramına həsr olunmuş “Novruzum:Yaz Bayramım, Saz Bayramım!” adlı ədəbi -bədii gecə keçirib.

15.03.2018

15 mart 2018-ci il  saat 15:00-da Mərkəzi kitabxananın Uşaq şöbəsi Novruz Bayramına həsr olunmuş  “Novruzum:Yaz Bayramım, Saz Bayramım!” adlı ədəbi -bədii gecə keçirib. Tədbirdə şəhər məktəblilərindən  və fəal oxuculardan ibarət olmaqla 80 nəfər  iştirak edib. Açıq havada keçirilən tədbiri MKS-in direktoru Solmaz Babanlı açaraq iştirakçılara çoxəsrlik  zəngin adət-ənənələrimizin  yaşadıcısı  olan Novruz Bayramı haqqında ətraflı məlumat verib. Uşaq şöbəsinin müdiri Firəngiz Abdıyeva qeyd edib ki,  Novruz xalqımızın tarixi, mədəni, mənəvi yaddaşının, adət və ənənələrinin cəmləndiyi milli bayramımızdır.  Novruz tarixi köklərimizi, qədim  süfrə - mətbəx mədəniyyətimizi, bayramlaşma etiketlərimizin  özünə məxsusluğunu dolğun və mükəmməl təcəssüm etdirir... Tədbirin musiqili hissəsində şəhər 1 saylı musiqi məktəbinin saz , qarmon və nağara sinifinin şagirdlərinin müşayəti ilə  Novruz xonçaları, səmənilər və kitab sərgisi  ilə bəzədilmiş səhnədə milli geyimli qızlar və oğlanlar, Kosa, Keçəl Novruza həsr olunmuş şeirlər söyəyib, şən mahnılar ifa ediblər. Novruz personajları olan Kosa və Keçəlin məzəli söhbətləri, oyunları,” yumurta döyüşü” və “papaqatdı” oyunları çox maraqla qarşılanıb. Uşaqlar həvəslə tapmaca və yanıltmaclar söyləyiblər İştirakçılar kitab sərgisinə və səmənidən hazırlanmış simvolik “Kitaba” maraqla baxıblar.

 

 

149.3 KB

 

142.3 KB

 

131.3 KB