Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yuxarı Salahlı kənd 1 və 2 saylı kitabxana filialları Novruz bayramına həsr olunmuş “ Bahar nə xoş gəlir,ruha dad verir !” adlı şənlik keçiriblər.

15.03.2018

15 mart 2018-ci il tarixdə saat 11: 00 - da Yuxarı Salahlı kənd 1 və 2 saylı kitabxana  filialları  kənd Folklor evi ilə birlikdə açıq havada  Novruz bayramına həsr olunmuş “ Bahar nə xoş gəlir,ruha dad verir !” adlı şənlik keçiriblər.

Tədbirdə kənd İcra Nümayəndəsinin müavini Çingiz Zeynalov, Z. Mahmudov adına kənd tam orta məktəbin şagirdləri, fəal oxucular, kənd sakinlərindən ibarət olmaqla 95 nəfər iştirak edib. Bahar qız bayram tonqalını yandırdıqdan sonra aparıcı Xəyalə Rüstəmova və Aişən Vəkilova tədbirə toplaşanları bayram münasibəti ilə təbrik ediblər. Ç.Zeynalov,T. Cəfərova, M.Qocayeva , A.Orucova , N.Hacıeyyubova ,R. Rüstəmova bayramın mahiyyəti, tarixi haqqında fikirlərini bildiriblər. Kosa və Kecəlin məzəli zarafarları, “Səma” rəqs qrupu və saz dərnəyi üzvlərinin ifa etdikləri rəqs və mahnılar tədbirə rəngarənglik qatıb. Uşaqlar tonqal ətrafında yumurta döyüşdürüb, meyxana deyib,müxtəlif oyunlar keçiriblər.

 

106 KB

 

83.8 KB

 

105.9 KB