Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa Regional Mədəniyyət və Turizm idarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon MKS-in

21.07.2017

Ağstafa Regional Mədəniyyət və Turizm idarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon MKS-in N. Nərimanov qəsəbə kitabxana filialı açıq havada “Açıq kitabxana” adlı tədbir keçirdi. Gün ərzində davam edən tədbirdə qəsəbə sakinlərindən bir qrup, şəhər 2 saylı Folklor evinin işçiləri ilə birlikdə 30 nəfər iştirak etdi. Tədbirdə “Dünənin, bu günün, sabahın lideri”, “ Dilimiz, mənəviyyatımız”, “Qarabağ ümumi dərdimiz”,  “Nağıllı dünya uşaqların gözü ilə” və s. başlıqda 50 nüsxədə kitab, jurnal və  müxtəlif  təbliğat vasitələri nümayiş olunub.

Kitabxana filialın müdiri Siddiqə Qələndərova tədbir iştirakçılarına bildirib ki, tədbiri keçirməkdə məqsəd oxucuların bədii zövqünün formalaşdırılması, onlar arasında mütaliə mədəniyyətinin yüksəldilməsi, eləcə də  yeni oxucuları kitabxanaya cəlb etməkdir.

Kitab sərgisi sakinlər tərəfindən maraqla qarşılanıb. Tədbirdə müxtəlif yaş qrupundan olan xeyli sayda kitabsevərlər  kitabxanaya üzv olub.