Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanası Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dilimizi qorumaq müqəddəs borcumuzdur” adlı onlayn tədbir keçirib

19.02.2021

19 fevral 2021-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanası Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dilimizi qorumaq müqəddəs borcumuzdur” adlı onlayn tədbir keçirib, “Dilimiz milli varlığımızdır” adlı kitab sərgisi onlayn nümayiş etdirib.

Tədbirdə BDU-nun Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri və şəhər 3 nömrəli tam orta məktəbin şagirdlərindən bir qrup iştirak edib. 
Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Solmaz Babanlı ölkəmizdə ana dilinin hərtərəfli inkişaf etdirilməsində böyük fədakarlıqlar göstərmiş Ümummilli Liderimiz Heydər Əliyevin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” ifadəsini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
MKS-nin əməkdaşı Elnarə Məmmədova “Dilimizi qorumaq müqəddəs borcumuzdur” adlı məruzə ilə çıxış edib, tələbə və məktəblilər ana dilinə həsr olunmuş dəyərli sitatlar və şeirlər söyləyiblər.

 

66.7 KB

 

66.2 KB