19.02.2021
19 fevral 2021-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon MKS-nin təşkilatçılığı ilə Aslanbəyli, Yuxarı Salahlı kənd 1 və 2 nömrəli kitabxana filialları görkəmli Azərbaycan yazıçısı Abdulla Şaiqin (1881-1959) 140 illiyinə həsr olunmuş “Nağıllar dünyası uşaqların gözü ilə” adlı onlayn tədbir keçirib.
Tədbirdə MKS-nin direktoru Solmaz Babanlı, ibtidai sinif şagirdləri və azyaşlı uşaqlarından bir qrup iştirak edib. Abdulla Şaiq yaradıcılığından məlumat verildikdən sonra körpə fidanlar və məktəblilər yazıçının şeirləri və nağıllarından seçmələr söyləyiblər.