Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa rayon MKS-nin təşkilatçılığı ilə şəhər 2 nömrəli kitabxana filialı ”Ana dilimiz ,milli varlığımızdır” adlı onlayn tədbir keçirdi

20.02.2021

20 Fevral 2021-ci il tarixində Ağstafa rayon MKS-nin təşkilatçılığı ilə şəhər 2 nömrəli kitabxana filialı 21 Fevral Beynəlxalq Ana Dili günü ilə əlaqədar "Ana dilimiz ,milli varlığımızdır" adlı onlayn tədbir keçirdi.

Tədbiri Ağstafa rayon MKS-nin direktoru Solmaz Nağıyeva açaraq Beynəlxalq Ana Dili günü haqqında qısa məlumat verdi. Bildirildi ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm, ən güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm  rol oynayır.

Tədbir azyaşlı iştirakçıların ana dilinə həsr olunmuş şeir ifaları ilə davam etdirilib.

 

68.6 KB

 

77.4 KB