Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 21 fevral Beynəlxalq Ana dili gününə həsr edilmiş ”Ana dilim, doğma dilim” adlı onlayn tədbir təşkil edilmişdir

20.02.2021

19 fevral 2021-ci il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 21 fevral Beynəlxalq Ana dili gününə həsr edilmiş "Ana dilim, doğma dilim" adlı onlayn tədbir təşkil edilmişdir. Tədbirdə mədəniyyət işçiləri və orta məktəb şagirdləri olmaqla 46 nəfər iştirak etmişdir.

Tədbiri giriş sözü ilə Qazax rayon Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova açaraq Ana dilinin tarixi haqqında məlumat verdi. Xanlıqlar kənd sənətkarlıq klubunun mədəni təşkilatçısı Aytəkin Hüseynova Bəxtiyar Vahabzadənin "Ana" şeirini, Daş Salahlı kənd sənətkarlıq evinin bədii qiraət dərnəyinin üzvü Sənəm Xəlilli Mina Rəşidin "Ana dilim" şeirini, Dəmirçilər kənd sənətkarlıq evinin bədii qiraət dərnəyinin üzvü Dəniz İsgəndərova Tofiq Bayramovun "Öz ana dilini bilməyənlərə" şeirini, İkinci Şıxlı kənd folklor klubunun həvəskar dərnək üzvü Gülbəstə Nəsibova Tofiq Bayramovun "Ana dilim" şeirini söylədilər.

 

121.8 KB

 

124.5 KB

 

123.1 KB