20.02.2021
20 fevral 2021-ci il tarixində Tovuz rayon Heydər Əliyev Mərkəzinin və Tovuz rayon MKS-nin birgə təşkilatçılığı ilə “Dilimiz varlığımızdır” mövzusunda onlayn tədbir təşkil edilib. Tədbir gənclərin vətənə,xalqa, ana dilinə olan sevgisi və hörmətini, müstəqil bədii-estetik düşüncələrini üzə çıxarmaq və onu inkişaf etdirmək məqsədilə keçirilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq hər bir vətəndaşın müqəddəs borcudur.