Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax şəhərində keçirilən Novruz bayramı şənliyində MKS –in E. Hüseynov adına Mərkəzi kitabxana və filialları iştirak edib.

16.03.2018

16 mart 2018-ci il tarixdə saat 11:00-da MKS –in E. Hüseynov adına Mərkəzi kitabxana və filialları Olimpiya İdman Kompleksinin qarşısında Azərbaycan xalqının milli bayramı olan Novruz şənliyində  iştirak edib. Rayonun rəhbər işçiləri və şəhərimizin qonaqları “Qala” qapısına daxil olub. Girişdə onları Bahar qız qarşılayıb və Novruz bayramı münasibəti ilə qonaqları təbrik edib.  Bayram tonqalnının alovlanması ilə bayram şənliyinin başlanmasına start verilib.  Kosa və Keçəlin iştirakı ilə məzəli səhnəciklər nümayiş etdirilib, qonaqlarla yumurta döyüşdürülüb. MKS-in bütün filialları kitab sərgiləri, səmənilər, xonçalar, qurulan alaçıqlarda sakinlərdən topladıqları məişət əşyalarını nümayiş etdirib, fəal oxucular şeirlər söyləyib, rəngarəng rəqs nümunələri göstəriblər.

 

493.8 KB

 

536.1 KB

 

562.1 KB