Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa Regional Mədəniyyət və Turizm idarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon Mərkəzi kitabxanasında bir sıra tədbirlər keçirildi

02.08.2017

Qazax rayon Elmar Hüseynov adına  Mərkəzi Kitabxanada 1 Avqust- Azərbaycan Əlifbası və Azərbaycan  Dili Gününə həsr olunmuş “Dilimiz milli varlığımızdır” adlı sərgi təşkil edildi.

Səməd Vurğun adına parkda 1 Avqust- Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş “Dilimiz milli varlığımızdır” adlı sərgi təşkil edildi. Gün ərzində kitabxanaya daxil olan yeni kitablardan ibarət olan sərgi ilə 98 nəfərdən çox şəhər sakini və qonaqlar tanış oldular.  Sərgidə “Dilimiz milli varlığımızdır”, “Yeni kitablar”, “Müstəqil dövlətçiliyimizin parlaq səhifəsi”, “M. P. Vaqif - 300” başlıqlarda çoxlu sayda ədəbiyyat nümayiş etdirilldi.  Qazax rayon MKS-in direktoru Solmaz Babanlı  ilk öncə  bildirdi ki,  Ana dili hər bir millətin maddi- mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Təşkil etdiyimiz sərgilər bu məqsədi daşıyır.

Müxtəlif mövzu və elm sahələrinə dair təşkil olunmuş kitab sərgiləri  iştirakçılar tərəfindən maraqla qarşılandı.

Həmçinin Qazax rayon Elmar Hüseynov adına  Mərkəzi Kitabxananın Uşaq şöbəsi tərəfindən Azərbaycan Əlifbası və Azərbaycan  Dili Gününə həsr olunmuş “Dilimiz milli varlığımızdır” adlı uşaq səhərciyi təşkil edildi. Qazax şəhər M. Hüseyn adına məktəb- lisey və şəhər 3 saylı tam orta məktəbin şagirdləri ana dilimizə həsr olunan şeirlər söylədilər.