Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü və Qazax rayonunun Bağanıs Ayrım kəndinin işğalına həsr olunmuş “Bağanıs Ayrım harayları” mövzusunda anım tədbiri keçirib.

29.03.2018

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 30 mart 2018-ci ildə saat 15:00-da E. Hüseynov adına Mərkəzi Kitabxananın  Oxu zalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü və ermənilərin törətdiyi soyqırımın qurbanı olan Bağanıs Ayrıma həsr olunmuş “Bağanıs Ayrım harayları ” mövzusunda anım tədbiri keçrilib. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan  MKS -nın direktoru Solmaz Babanlı 31 Mart- Azərbaycanlıların Soyqırımı Gününün erməni faşizminin xislətini gerçək mahiyyətini açan, tariximizdə unudulması mümkün olmayan dəhşətli bir faciələrdən olduğunu qeyd edib. Bağanıs Ayrım kəndinin ermənilər tərəfindən məhv olması, bir ailənin bütün üzvlərinin diri- diri yandırılması 1918-ci ilin Mart Soyqırımının davamı idi.

MKS-inin direktor müavini Münəvvər Süleymanlı “Bağanıs Ayrım harayları” mövzusunda məruzə ilə çıxış edib.

MİMHİK- nin sədri İsgəndər Qurbanov qeyd edib ki, kökü iki əsrə gedib çıxan erməni vəhşiliyinin qəddarliğının qurbanı olan Bağanıs Ayrım  XX əsrin sonlarında dünyanın ən böyük dəhşətini - faciəsini yaşayıb. Qaymaqlı kənd Folklor evinin müdiri Kazım Kazımlı erməniləri ittiham edən şeiri ilə çıxış edib.

Tədbirin sonunda və  Bağanıs Ayrımın işğalına həsr edilmiş video- çarx nümayiş etdirilib, “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” və  “Bağanıs Ayrım harayları”  sərgilərə baxış keçrilib.

 

218.9 KB

 

193.9 KB

 

235.9 KB