Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Tarixin qanlı yazılmış yaddaşı”

31.03.2018

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 31.03.2018-ci il tarixdə Ağstafa rayon Heydər Əliyev Mərkəzində "Tarixin qanlı yazılmış yaddaşı" adlı dəyirmi masa, kitab və rəsm sərgiləri təşkil edildi və sənədli filmə tamaşa edildi.

Ilk öncə 31 mart Soyqırım zamanı şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra isə tədbiri giriş sözü ilə açan Regional İdarənin rəisi Ramiz Quliyev 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakıda, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı xüsusi qəddarlıqla həyata keçirdikləri soyqırım əməllərindən danışıb.

Daha sonra Regional İdarənin rəis müavini Gülgün Kərimov, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova və digər iştirakçılar Soyqırım barədə geniş məruzə ilə çıxış etdilər.

 

133 KB

 

119.8 KB

 

148.1 KB