Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yenidən qurulan Ağstafa şəhər 3 saylı tam orta məktəb binasında işlər sürətlə davam edir

20.06.2017

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2016-cı il tarixli “Ağstafa şəhərində 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” imzaladığı Sərəncama uyğun olaraq işlər uğurla icra olunur. Belə ki, hazırda Ağstafa şəhər 1320 şagird yerlik 3 saylı tam orta ümumtəhsil məktəbi binasında aparılan əsaslı təmir və yenidənqurma işləri sürətlə davam etdirilir.
Bu gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev növbəti dəfə məktəbdə aparılan işlərə yerində nəzər saldı və müvafiq tapşırıqlarını verdi.   Ümumilikdə binanın hər iki korpusunun  köhnə dam örtüyü sökülərək  müasir tələblərə cavab verən, həm estetik, həm də keyfiyyət yüksəkliyi  baxımından yenisi ilə əvəz olunmuşdur. 4 mərtəbəli binada  köhnə suvaq qatları, uyğunsuz arakəsmələr, köhnə döşəmələr, qapı və pəncərələr sökülərək yenisi ilə əvəz edilmişdir. Layihəyə uyğun elektrik sistemi tamamilə yenilənmişdir. Sinif otaqlarında işlər tamamlanmaq üzrədir. Məktəb binasını əhatə edən hasarlar,  idman meydançası  yenidən qurulur, ətrafında yüksək abadlıq işləri görülür. Məktəbə gedən əsas avtomobil yolu da əsalı təmir ediləcəkdir.
Ağstafa şəhər 3 saylı tam orta məktəb binasının yeni dərs ilində istifadəyə verilməsi nəzərdə tutulmuşdur.