Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyində 9 noyabr Bayraq Günü münasibətilə tədbir keçirilmişdir

08.11.2017

08.11.2017 - ci il tarixdə M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyində  9 noyabr Bayraq Günü münasibətilə tədbir keçirildi. Tədbirdə 1 saylı tam orta məktəb şagirdləri iştirak etdilər.Tədbiri giriş olaraq muzeyin direktoru Məhruzə Hüseynova açaraq qeyd etdi ki, dövlətimizin müstəqilliyini təcəssüm etdirən üçrəngli bayrağımız ilk dəfə 1990-cı il noyabr ayının 17-də məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində Muxtar Respublikanın rəsmi bayrağı kimi təsdiq olunmuşdur. Bir qədər sonra, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının rəsmi Dövlət bayrağı elan edilmişdir.

Sonra  söz muzeyin bələdçisi Qocayeva Şamamaya verildi. O çıxışında dövlət bayrağının hər bir Azərbaycan vətandaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını qeyd edib.  

1 saylı tam orta məktəb şagirdləri Bayraq  Gününə həsr olunmuş şeirlər söylədilər.

Tədbirin sonunda iştirakçılar muzeyə baxış keçirdilər.

 

123.6 KB