Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon E. Hüseynov adına Mərkəzi kitabxana “Açıq kitabxana” layihəsi çərçivəsində 12 Noyabr- Azərbaycan Respublikasının Konstitusiyasına həsr olunmuş “Dövlətin Ali Qanunu” adlı kitab sərgisi təşkil edib.

13.11.2017

10 noyabr 2017-ci il tarixdə saat 10:00-da Qazax rayon E. Hüseynov adına Mərkəzi kitabxana “Açıq kitabxana” layihəsi çərçivəsində 12 Noyabr- Azərbaycan Respublikasının Konstitusiyasına həsr olunmuş “Dövlətin Ali Qanunu” adlı kitab sərgisi təşkil edib. Sərgidə “Müstəqil Azərbaycanın parlaq səhifəsi”, “12 Noyabr - Konstitusiya Günüdür”, “Hüquqlarınızı bilirsinizmi?”, “Yeni kitablar” və sair başlıqlarda müxtəlif adda ədəbiyyat  nümayiş etdirilib. Gün ərzində keçirilən tədbirdə 73 nəfər iştirak edib. MKS-in direktoru Solmaz Babanlı sərgi ilə tanış olan oxucuları məlumatlandıraraq bildirib ki, müstəqil Azərbaycan dünya birliyində özünə layiqli yer tutaraq müstəqil siyasət yürüdür. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş ölkənin əsas Qanunu  dövlətin , cəmiyyətin və həyatımızın bütün sahələrini, eləcə də fəaliyyət göstərdiyimiz mədəniyyət sahəsini tənzimləyir, milli maraqlarımızın yüksək səviyyədə təmin olunmasına zəmanət verir

 

286.3 KB

 

217.7 KB

 

260.8 KB