Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Daş Salahlı kənd 1 № -li kitabxana filialı şəhid Süleyman Süleymanov anadan olmasının 20 illiyi münasibətilə anım tədbiri keçirib.

13.11.2017

11 noyabr 2017-ci il tarixdə saat 11:00- da Daş Salahlı kənd 1 № -li kitabxana filialı Şəhidlər parkında şəhid Süleyman Süleymanov anadan olmasının 20 illiyi münasibətilə anım tədbiri keçirib. Anım tədbirində kənd Sənətkarlıq evinin, Sənətkarlıq klubunun, İnzibati Ərazi dairəsinin işçiləri, kənd sakinləri və məktəblilərdən bir qrup olmaqla 47 nəfər iştirak edib. Tədbiri 1 № -li kitabxana filialın multi-media resusları üzrə mütəxəsisi Hicranə Məmmədova açaraq bildirib ki, şəhidlik ölümlərin ən şərəflisidir. Tanrı dərgahında ən uca zirvədir və bu zirvəni fəth etmək hər kəsə nəsib olmur. O kəslərə nəsib olur ki, qəlbində ən ali  Vətən sevgisini daşıyır . Qəlbində  Vətən sevgisi olan  1998-ci il təvəllüdlü Süleyman da cəbhə xəttinin Ağdam istiqamətində şəhid olub. Sənətkarlıq evinin müdiri Natavan Mustafayeva,  Sənətkarlıq klubunun müdiri Əntiqə Əliyeva çıxışlarında qeyd ediblər ki, Müstəqil Azərbaycanımızın torpaqlarına göz dikən düşmənlər bilməlidirlər ki, xalqımızın igid övladları, qüdrətli milli ordumuz xalqla birlikdə ayağa qalxıb, öz torpaqlarını azad edəcək, müqəddəs şəhidlərin ruhları qarşısında öz vicdan borclarını verməklə millətin yaşamaq hüququ olduğunu sübut edən zəfər marşını çalacaqlar. O günə çox qalmayıb…Həvəskar şair Elmar Qasımov, 2 -li məktəbin fəal oxucularından Süleymanova Sona, Süleymanova Səbinə, Aqqıraxlı Südabə, Aqqraxlı Məhəmməd və Omarova Aysel şəhidə həsr olunmuş şeirlər söylədilər.

 

148.1 KB

 

135.3 KB