Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa Regional Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən E. Hüseynov adına Qazax rayon Mərkəzi Kitabxana 09 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş “Azərbaycan bayrağı-fəxrimiz, vüqarımız” adlı dəyirmi masa keçirib.

08.11.2017

08 noyabr 2017-ci il tarixdə saat 11-00-da E.Hüseynov adına Mərkəzi Kitabxana Mədəniyyət Mərkəzi ilə birlikdə Mədəniyyət Mərkəzinin dəyirmi masasında 09 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş “Azərbaycan bayrağı-fəxrimiz, vüqarımız” adlı dəyirmi masa keçirib. Tədbirdə Mədəniyyət işçilərindən və rayon ictimaiyyətinin nümayəndələrindən bir qrup olmaqla 42 nəfər iştirak etdi. Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin Mədəni təşkilatçısı Nailə Əliyeva açaraq bildirdi ki, dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq və müqəddəslik rəmzi olan bayraq onun vətəndaşlarının qürur mənbəyidir. Dövlətin varlığını sübut edən, millətin imzasını təsdiqləyən simvoldur... Ümummilli lider Heydər Əliyevin böyük səyi nəticəsində yenidən bərpa olunub və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, Üçrəngli bayrağımız dünyanın mötəbər məclislərində dalğalanır. Mərkəzi kitabxananın Metodika və biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova “Azərbaycan bayrağı-fəxrimiz, vüqarımız” adlı məruzə ilə çıxış etdi: Hər bir xalqın özünəməxsusluğunu şərtləndirən amillər onun dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin milli – mənəvi irsi, madii və mənəvi nümunələri əsasında müəyənləşir. Milli kimliyi ifadə edən bu dəyərlər, eyni zamanda, hər bir xalqın mənəvi sərvəti, toxunulmaz xəzinəsi, özünü təsdiq faktıdır... Dövlət bayrağı vətənin qüruru, xalqın qüruru, müqəddəs varlıqdır, azadlıq rəmzidir. Məruzə ətrafında çıxış edən MKS- nin direktoru Solmaz Babanlı, mədəniyyət mərkəzinin metodisti Zülfiyyə Mürsəlova, abidə mühafizəçisi Səadət Əliyeva qeyd etdilər ki, mədəniyyət ocaqlarında keçrilən tədbirlərdə məktəblilərdə, gənclərdə Vətənə, doğulduğu torpağa, mənsub olduğu xalqa, dövlətə və onun rəmzlərinə dərin hörmət hissi aşılanmalıdır. Tədbirin sonunda fəal məktəblilər Bayrağa, Vətənə həsr olunmuş şeirlər söylədi və “Ucalan Bayraqlı Azərbaycanım ” adlı sərgiyə baxış keçirib

 

268.6 KB

 

270.7 KB