Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İsrail Dövlətinin Bakıdakı Səfiri Ağstafada səfərdə olmuşdur

08.11.2017

İsrail Dövlətinin  Azərbaycandakı Səfiri cənab Dan Stavın Ağstafa rayonuna səfər etmişdir.
          Səfiri Missiya rəhbərinin müavini xanım Avital Rozenberq, Səfirliyin İctimai Diplomatiya Məsələləri üzrə köməkçisi xanım Sahilə Mustafayeva müşayiət etmişlər.   Rəsmi qonaqları Ağstafa rayonu İcra hakimiyyəti başçısı cənab Məhərrəm Quliyev İcra aparatında  qəbul etmişdir. Çay süfrəsi ətrafında keçən səmimi söhbət əsnasında rayonun tarixi, coğrafiyası mədəni-ictimai, sosial-iqtisadı həyatı barədə, eləcə də son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ağstafada görülən işlər barədə geniş məlumat vermişdir.  Öz növbəsində cənab Dan Stavın Azərbaycanın tolerant bir ölkə olaraq sabitlik məkanı olmasını, burada xalqların sülh və əmin-amanlıq şəraitində birgə yaşamalarının önəmini qeyd edib. Diplomat Azərbaycanda olduğu qısa vaxt ərzində bunun şahidi olmasından məmnunluğunu ifadə edib. Görüşdə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib. İiqtisadi, enerji, texnologiyalar, kənd təsərrüfatı, mədəniyyət sahələrində əməkdaşlığın perspektivlərinin yüksək olmasını vurğulayıb.
          Sonra tədbir iştirakçıları açıq səma altında mini “Azərbaycan” parkını gəziblər. Heydər Əliyev Mərkəzi önündə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək Mərkəzdə yaradılan şəraitlə yaxından tanış olublar. Daha sonra  Ağstafada fəaliyyət göstərən istehsal, sənaye, emal müəssisələri və mədəniyyət ocaqları ilə yaxından tanış olunub. Belə ki, İsrail Səfiri  “Saloğlu” mebel, “Akkord” tekstil, Ağstafa Xalça Toxuculuğu fabriklərində, Ağstafa “Aqroservis” MMC-də və “Karvan-L” EKO sənaye parkında olaraq orada iş prosesi ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, Ağstafada istehsal olunan geyimlər, yumuşaq mebellər və bir sıra sənaye məhsulları artıq “Made in Azerbaijan” yarlığı ilə bir sıra xarici ölkə bazarlarına ixrac olunur və bu istiqamətdə işlər uğurla davam etdirilir.  Cənab Dan Stavın Ağstafa rayonunun istehsal müəssisələri ilə yanaşı yol infrastrukturunun, mədəniyyət və istirahət parklarının, mədəniyyət mərkəzlərinin də onda yüksək təsürat bağışladığını qeyd etdi. Səfər işgüzar şəraitdə keçdi.

 

161.7 KB

 

411.2 KB

 

205.5 KB