Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Mən hüquqlarımı bilirəmmi ? ”

03.11.2017

 Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə 20 oktyabr - 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü, 20 Noyabr - Ümumdünya Uşaqlar günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə ölkədə “Uşaq hüquqları aylığı” elan edilir.Bununla əlaqədar Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təsdiqlədiyi Tədbirlər Planına əsasən 3 noyabr 2017-ci il tarixdə  Qazax rayon Heydər Əliyev Mərkəzində  “Mən hüquqlarımı bilirəmmi?” mövzusunda tədbir  keçirilmişdir. Tədbidə Qazax şəhər Qaratel Hacımahmudova adına əsas məktəbin IV sinif şagirdləri və müəllimləri iştirak etmişdirlər.  Mərkəzin işçi heyəti tərəfindən BMT-nin Uşaq hüquqları Konvensiyası ətrafında məruzə hazırlanmış, uşaq hüquqlarını özündə əks etdirən braşura hazırlanmış və xüsusi stendlər qurulmuşdur. Muzeyin direktoru Ceyhunə Hüseynova “Mən hüquqlarımı bilirəmmi” başlıqlı məruzəsində uşaqlara konvensiya haqqında geniş məlumat vermiş, onlara öz hüquqlarını başa salmış və sonra kiçicik sual- cavab xarakterli yarışma aparmışdır. Mühazirəsində o bildirmişdir ki, -“  20 noyabr tarixi - Uşaq Hüquqları Bəyannaməsinin (1959) və Uşaq Hüquqları Konvensiyasının (1989) BMT-nin Baş Assambleyası tərəfindən qəbul edildiyi gün Ümumdünya Uşaqlar Günü kimi qeyd olunur. Uşaq Hüquqları Konvensiyası uşaq hüquqları sahəsində qəbul edilmiş sənədlərlə müqayisədə ən dolğun və bu hüquqların beynəlxalq hüquq normaları qüvvəsinə mindirildiyi ilk sənəddir. İştirakçı dövlətlərin sayına görə bu, BMT-nin ən çox ratifikasiya edilmiş konvensiyasıdır. Demək olar ki, bütün dünya dövlətləri (ABŞ və Somali istisna olmaqla) Uşaq hüquqları Konvensiyasını ratifikasiya etmişdir. Bu fakt öz-özlüyündə uşaq hüquqlarının qorunmasına dünya ictimaiyyətinin yüksək əhəmiyyət verməsini sübut edir. Ümumilikdə isə, insan hüquqlarının təmin olunması hər bir dövlətin demokratiya yolu ilə inkişaf etdiyinin ən mühüm göstəricidir. Azərbaycanda da bu prinsiplər dövlət siyasəti səviyyəsində tanınır, tətbiq edilir və daim təkmilləşir. Azərbaycan Respublikasının Konstitusiyasında uşaqların hüquq və mənafeyi müdafiə olunur, bu hüquqlara dövlət tərəfindən təminat verilir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ilk qoşulduğu mühüm beynəlxalq sənədlərdən biri də 1992-ci ildə ratifikasiya etdiyimiz məhz Uşaq Hüquqları Konvensiyasıdır. Bundan sonra respublikamız bir sıra beynəlxalq sənədlərə qoşulmaqla, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində tədbirlər həyata keçirməyə başlamışdır. 1998-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının “Uşaq Hüquqları haqqında” Qanunu milli qanunvericiliyin bu sahədə qəbul edilmiş beynəlxalq standartlara uyğunlaşdırılması yolunda atılmış addımlardan biridir”. Sonra uşaqlara  söz verilmişdir. Onlar şer demiş, mahnı oxumuş və “Heydər babanın nəvələriyik” musiqisinin sədaları altında rəqs etmişdirlər. Tədbirin sonunda muzeyin elmi heyəti tərəfindən hazırlanmış uşaq hüquqları haqqında braşuralar uşaqlara paylanmışdır və  muzeyin ekskursiyası ilə tədbir  sona çatmışdır.

 

 

189.5 KB

 

202.3 KB