Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon MKS-in təşkilatçılığı ilə Qazaxbəyli kənd kitabxana filialı Azərbaycanın Milli Qəhrəmanı, telejurnalist Alı Mustafayevə həsr edilmiş “Qəhrəman: Ölməzlik zirvəsi” adlı anım tədbiri keçirilib.

20.11.2017

Qazaxbəyli kənd kitabxana filialı   20 noyabr 2017-ci il tarixdə saat 11:00-da Azərbaycanın Milli Qəhrəmanı, telejurnalist Qarakənd faciəsində  həlak olmuş Alı Mustafayevin adını daşıyan bulağın üstündə “Qəhrəman: Ölməzlik zirvəsi” adlı anım tədbiri  keçirilib. Tədbirin əvvəlində şəhidllərin ruhu bir dəqiqəlik sükutla yad edilib və Qəhrəmanın abidəsi üzərinə gül-çiçək dəstələri düzülüb.  Tədbirdə Alı Mustafayevin qardaşı Mahmud Mustafayev, filial müdiri Sevinc Alməmmədova, Diyarşünaslıq klubunun  müdiri Mehparə Salmanova və  kənd sakini Şaxlıx Qurbanova çıxış ediblər. Məktəbin bir qrup fəal oxucularından  Alməmmədova Nigar,  Adıgözəlov Şamil, Alməmmədov  Ülvi, Sadiqov Rəvan Alı Mustafayevin şeirlərindən bəndlər söyləyiblər. Sonda kənd kitabxana filialında “Qəhrəmanlar unudulmur” adlı sərgiyə baxış keçirilib.

 

272.4 KB

 

292 KB

 

282.7 KB