Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon MKS –nin E.Hüseynov adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsi Qori Müəllimlər Seminariyasının Qazax filialının açılışının 100 illiyinə həsr olunmuş “Elm, maarif, mədəniyyət çeşməsi!”adlı görüş keçirib.

28.11.2018

28 noyabr 2018-ci il tarixdə saat 9:45-də E.Hüseynov adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi Qori Müəllimlər Seminariyasında yerləşən Şəhid Abbasəli Məhərrəmov adına Qazax rayonu Yuxarı Əskipara kənd tam orta məktəbin müəllim və 9, 10 - cu sinif  şagirdləri ilə birlikdə  Qori Müəllimlər Seminariyasının Qazax filialının açılışının 100 illiyinə həsr olunmuş “Elm, maarif, mədəniyyət çeşməsi!” adlı görüş keçirib. Uşaq şöbəsinin müdiri Firəngiz Abdıyeva görüş iştirakçilarına Qori Seminariyasının yaranma tarixindən və fəaliyyəti haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, Azərbaycan mədəniyyətinin, elminin simvoluna çevrilən Qazax Müəllimlər Seminariyasının yaranması, fəaliyyəti elm və təhsil tariximizdən işıqlı bir xətlə keçir. Həmin məktəbin direktoru Saleh Vəliyev və müəllimə Nuridə Kərimova şagirdlərə Seminariyanın Azərbaycan üçün, eləcə də Gürcüstanda yaşayan soydaşlarımızın ali təhsil alması üçün çox önəmli bir  elm ocağı olduğunu qeyd ediblər. Onuncu sinif şagirdi Naibə Xasayeva söz alaraq deyib ki, Qazax Seminariyasının yetirmələri olan S. Vurğun, M. Vəkilov, O. Sarıvəlli, M. Hüseyn, S. Şamilov, İ. Şıxlı kimi görkəmli şəxsiyyətlərin oxuduqları məktəbdə təhsi almağımla fəxr edirəm. Sonda məktəblilərlə xatirə şəkli çəkilib.

 

304.9 KB

 

232 KB

 

220.8 KB