Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Qurtuluş mübarizəsinin qalibi Heydər Əliyev” başlıqlı açıq qapı günləri davam etdirilir

07.12.2018

Azərbaycan xalqının böyük oğlu, dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Qazax rayon Heydər Əliyev Mərkəzində 3-12 dekabr 2018-ci il tarixlərində elan olunmuş “Açıq qapı” günləri davam edir. Rayonun idarə və təşkilatları, təhsil müəssisələri, fərdi şəxslər Ulu öndərə olan hörmət və ehtiramlarını bildirmək üçün dahi şəxsiyyətin abidəsi önünə tər çiçək dəstələri düzür, Heydər Əliyev Mərkəzinə daxil olaraq əvəzolunmaz insanın keçdiyi ömür yolu və siyasi fəaliyyəti haqqında filmlərə baxır və mühazirələri dinləyirlər. Sonra Heydər Əliyev Mərkəzinin kitabxanası tərəfindən təşkil olunmuş “Qurtuluş mübarizəsinin qalibi-Heydər Əliyev” adlı kitab və jurnallardan ibarət sərgi ilə tanış olurlar.”Açıq qapı” günləri dekabrın 12 dekabr 2018-ci il tarixinə qədər davam etdiriləcəkdir.

 

419.2 KB

 

282.6 KB

 

183.6 KB