Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa rayon Mədəniyyət Mərkəzinin Dram dərnəyinə ”Xalq Teatrı” adı təqdim olundu.

04.12.2018

Ağstafa rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən dram dərnəyinə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 22.06.2018-ci il tarixli 40 nömrəli əmri ilə "Xalq teatrı" adı təqdim olunmuşdur. Mədəniyyət Nazirliyinin təqdim etdiyi diplom Regional İdarənin rəisi R.Quliyev tərəfindən Ağstafa rayon Mədəniyyət Mərkəzinin direktoru Vaqif Mehdiyevə təqdim edildi. 

Ramiz müəllim Mədəniyyət Mərkəzinin işçilərinə istedadlı gənclərin və həvəskar aktyorların Xalq teatrına cəlb edilməsini və yaxın zamanda tamaşa hazırlayaraq Ağstafa camaatına təqdim edilməsini tapşırdı.

 

378.2 KB

 

403.9 KB

 

366 KB