Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Cəlilabad rayonunda keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbirində Ağstafa Regional Mədəniyyət İdarəsi də iştirak etmişdir.

30.11.2018

Noyabrın 30-da Cəlilabad rayonunda “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri keçirildi.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə cari ilin iyun-avqust aylarında reallaşan “Bölgələrdən bölgələrə” festivalının əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin genişləndirilməsi məqsədini daşıyan layihə geniş əks-səda doğurub.

Diqqətə çatdırıldı ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı bütün ölkəmizi gəzdi. Layihə iyunun 25-dən avqustun 10-dək ardıcıl olaraq hər həftə Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin şəhər və rayonlarında gerçəkləşdi. Nazirliyin regional idarələri tərəfindən qurulan festival çadırları yerli sakinlərin və qonaqların marağına səbəb oldu.

Nazir festivalın keçirilməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdi.

“Bölgələrdən bölgələrə” festivalının yekun tədbirində folklor və rəqs kollektivlərinin,  incəsənət ustalarının konsert proqramı nümayiş olundu.

Daha sonra tədbir iştirakçıları Cəlilabad Olimpiya Kompleksində nümayiş etdirilən xalq sənətkarlıq nümunələrinin, rəssamların əl işlərinin sərgi-yarmarkası ilə tanış oldular.

Qeyd edək ki, “100 illik tariximiz” devizi altında reallaşan “Bölgələrdən bölgələrə” festivalı avqustun 10-da Tovuzda (Ağstafa Regional Mədəniyyət İdarəsi) təşkil olunub.

 

156.1 KB

 

145.8 KB

 

113.2 KB