Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağstafa şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 14- cü il dönümü ilə bağlı tədbir keçirildi.

11.12.2017

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsi Ağstafa şəhər Heydər Əliyev Mərkəzində "Ölümü ilə ölümsüzlüyə qovuşan dahi şəxsiyyət”  adlı Ulu öndər Heydər Əliyevə həsr edilmiş tədbir keçirdi. Tədbiri giriş sözü ilə Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi cənab Ramiz Quliyev açaraq Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini  bir dəqiqəlik sükutla yad etdi.

Ramiz müəllim qürur hissi ilə qeyd etdi ki, Liderimizlə eyni dövrdə yaşadığını və o dövrün hadisələrinin onun gözü önündə olduğunu vurğuladı. Sonra rəis müavini G.Kərimov Liderin həyat və yaradıcılığından geniş və ətraflı məlumat verdi. Daha sonra İdarənin məsləhətçisi P.Məmmədova, Ağstafa rayon Mədəniyyət Mərkəzinin direktoru V.Mehdiyev, Heydər Əliyev Mərkəzinin bələdçisi G.Quşçiyeva, Tarix-diyarşünaslıq muzeyinin kiçik elmi işçisi M.Qəfərova, MKS-nin kitabxanaçısı L.Məhərrəmova ətraflı çıxişlar etdilər. Tədbirin sonunda Heydər Əliyevin həyat və yaradıcılığı ilə bağlı sərgiyə baxış keçirildi. 

 

421.8 KB

 

382.7 KB

 

414.8 KB