Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Ulu Öndər Azərbaycanın özü qədər əbədidir”

11.12.2017

Qazax rayon Mədəniyyət Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sistemi birgə Ulu Öndərin əziz xatirəsinə həsr edilmiş “Ulu Öndər Azərbaycanın özü qədər əbədidir” mövzusunda Mədəniyyət Mərkəzinin dəyirmi masasında tədbir keçirib. Tədbirdə mədəniyyət işçiləri iştirak edib. Tədbirdən əvvəl Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin  heykəli qarşısına gül-çiçək dəstələri qoyaraq dahi şəxsiyyətin xatirəsi yad edildi. Daha sonra Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Nailə Əliyeva Ulu Öndərin  həyat və fəaliyyətindən  söhbət açdı. Dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində müstəqilliyimizin qorunub saxlanılmasından  və  ölkəmizdə əldə edilmiş uğurlardan danışıb. Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova,  MKS-nin direktoru Solmaz Babanlı, Mədəniyyət Mərkəzinin metodisti Məfrubə Mehdiyeva, MKS-nin baş kitabxanaşısı Bəsti Məmmədova çıxış edərək dahi şəxsiyyətin hər bir azərbaycanlı üçün örnək olduğunu və onunla fəxr etdiklərini bildiriblər.

 

112.6 KB

 

414.2 KB

 

415.6 KB