Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qazax rayon Mədəniyyət Mərkəzi Mərkəzi Kitabxana ilə birgə Ulu Öndərin əziz xatirəsinə həsr edilmiş “Ulu Öndər Azərbaycanın özü qədər əbədidir” mövzusunda Mədəniyyət Mərkəzinin dəyirmi masasında tədbir keçirib.

11.12.2017

11 Dekabr 2017-ci il tarixdə Saat 15:00-da  Qazax rayon Mədəniyyət Mərkəzi   Mərkəzi Kitabxana ilə birgə Ulu Öndərin əziz xatirəsinə həsr  edilmiş  “Ulu Öndər   Azərbaycanın özü qədər əbədidir” mövzusunda Mədəniyyət Mərkəzinin dəyirmi masasında  tədbir keçirib. Tədbirdə mədəniyyət işçiləri iştirak edib. Tədbirin əvvəlində  Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Nailə Əliyeva Ulu Öndərin  həyat və fəaliyyətindən  söhbət açdı. Dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində müstəqilliyimizin qorunub saxlanılmasından  və  ölkəmizdə  əldə edilmiş uğurlardan  danışıb. Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova,  MKS-nin direktoru Solmaz Babanlı, Mədəniyyət Mərkəzinin metodisti Məfrubə Mehdiyeva, MKS-nin baş kitabxanaşısı Bəsti Məmmədova çıxış edərək dahi şəxsiyyətin hər bir azərbaycanlı üçün örnək olduğunu və onunla fəxr etdiklərini bildiriblər.

 

224.9 KB

 

236.9 KB

 

238.8 KB