Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Elimizə Novruz gəlir”.

19.03.2019

 “Bu bayram çox qədim tarixə malikdir və əcdadlarımızın bizə töhfəsi, onlardan qalmış mirasdır... Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”.

                                                  Heydər Əliyev.

        18 mart 2019-cu il tarixdə Qazax rayon Heydər Əliyev Mərkəzində “Elimizə Novruz gəlir ” başlıqlı tədbir keçirilmişdir. Tədbirdə Qazax rayon Heydər Əliyev Mərkəzinin kollektivi,, Qazax şəhər 5 saylı tam  orta məktəbin şagirdləri  iştirak etmişdirlər  Azərbaycan xalqının qədim və milli bayramı olan Novruz bayramının milli ideologiyamızın ana sütunu kimi əbədiləşdirilməsində, sevinc və birləşmə simvoluna çevrilməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sovet imperiyası dövründə üzərinə “dini bayram” damğası vurulub qeyd olunmasına sərt qadağa qoyulan bu əziz bayramın uzun illərin fasiləsindən sonra 1969-cu ildən respublikamızda təntənə ilə qeyd edilməsinə başlanılmışdır. Bu, ümummilli lider Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət-ənənələrinə tükənməz məhəbbətinin əyani təzahürüdür.      Məhz bu səbəbdən hər il Novruz bayramı ərəfəsində heydər Əliyev Mərkəzində orta məktəbin aşağı sinif şagirdlərinin iştirakı ilə bayram şənliyi təşkil edilir. Bayram şənliyində uşaqlara bayramın tarixi haqqında məlumat verilir, sonra uşaqlar şerlər söyləyir, şən musiqi sədaları ilə rəqs edir, Novruz bayramının atributlarına həsr edilmiş kompozisiyalar nümayiş etdirirlər, simvolik olaraq qədim adət-ənənmiz olan qapı pusma, papaq atma və s. həyata keçirirlər.

 

51.7 KB

 

58 KB

 

40.8 KB