Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağstafa Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Respublikamızın şəhər və rayonlarının X-XI sinif şagirdləri üçün nəzərdə tutulan “Ölkəmizi tanıyaq” adlı növbəti maarifləndirici tur-aksiyası iştirakçıları Ağstafa şəhərində

26.03.2019

Respublikamızın şəhər və rayonlarının X-XI sinif şagirdləri üçün nəzərdə tutulan “Ölkəmizi tanıyaq” adlı növbəti maarifləndirici tur-aksiyası iştirakçıları Ağstafa şəhərində. Gəncə-Şəmkir-Göygöl-Ağstafa-Qazax-Tovuz marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Şəki, Oğuz, Qəbələ, Şamaxı, İsmayıllı, Fizuli və İmişli  məktəblilərindən ibarət qrupların üzvləri martın 25-də Ağstafa rayonuna gəliblər. Şagirdləri Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayon İcra hakimiyyəti və ictimaiyyət nümayəndələri qarşılayıblar. Rayon İcra hakimiyyətinin 1-ci müavini Ramiz Tatarov tur-aksiya iştirakçılarını salamlayaraq Ağstafanın tarixi, mədəniyyəti, özünəməxsus adət-ənənələri, iqtisadiyyatı barədə ətraflı məlumat verdi. Bilirildi ki,  bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, Ulu Öndərin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində əldə olunmuş misilsiz nailiyyətlərlə, cənab İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişaf və böyük quruculuq işləri ilə hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradır. İlk öncə tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Bildirilib ki, Mərkəz Ümummilli Liderin xatirəsinə dərin ehtiramın parlaq nümunəsidir. Burada Ulu Öndərin mənalı həyatını və çoxşaxəli fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra tur-aksiyada iştirak edən 7 rayonun məktəbliləri ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkını ziyarət ediblər. Ağstafada salınan miniatür Azərbaycan Parkında olan aksiya iştirakçıları  inkişaf dövrünü  yaşayan Azərbaycanın qədim tarixi-memarlıq abidələri ilə yaxından  tanış oldular. Daha sonra məktəblilər Ağstafa şəhər Musiqi mərkəzində oldular.  Sonda aksiya iştirakçıları rayonun region üçün böyük əhəmiyyət daşıyan Ağstafa Aqroparkda yaradılan şəraitlə tanış olublar. İştirakçılar taxıl və un rezervuarlarını, mədəniyyət mərkəzini, konfrans zallarını, hazır məhsul anbarını, ikimərtəbəli “fast food” iaşə obyektini gəziblər. Ağstafa Aqropark barədə ətraflı məlumat verilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb. Daha sonra Ağstafa Aqroparkda iştirakçılar üçün nahar süfrəsi açılıb.

 

111.8 KB

 

177.8 KB

 

148.6 KB